19 min 764 bakalavr ərizəsini təsdiq edib
2021/2022-ci ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb. Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən məlumata görə, sənəd qəbulu bu gün səhər saat 10-da bitib.
Ümumilikdə, magistr olmaq istəyən 19 min 764 bakalavr ərizəsini təsdiq edib. Həmin şəxslərdən 18026 nəfəri Azərbaycan, 1738-i rus bölməsindəndir.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanı üçün birinci şans fevralın 28-də veriləcək.