Magistraturaya qəbul olanlara xəbər var

Xəbərlər

12.07.2021 - 11:47

Həkimlər Klinikalar SEO Xidməti

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək

 

Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada müvafiq ali məktəbdə qeydiyyatdan keçməlidirlər.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən məlumata görə, bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyat iyulun 13-dən 22 dək davam edəcək.

 

2021/2022-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar isə AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

 

- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);

 

- Şəxsiyyəti təsdiq edən sənədin surəti – 2 nüsxə;

 

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – 2 nüsxə;

 

- 3x4 sm ölçüdə rəngli fotoşəkil – 4 ədəd;

 

- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;

 

- Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.

 

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2021-ci il iyul ayının 12-dən 22-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Magistratura sektorunda aparılacaq.

 

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş