Magistraturaya qəbul imtahanının tarixi bilindi

Xəbərlər

29.01.2021 - 11:24

Həkimlər Klinikalar SEO Xidməti

Məleykə Abbaszadə buraxılış imtahanlarının vaxtını da açıqlayıb

 

Magistratura səviyyəsinə qəbul imtahanı üçün birinci şans fevralın 28-də veriləcək. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

Onun sözlərinə görə, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi aprel ayı ərzində keçiriləcək: “Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (1-ci şans) may ayı ərzində keçiriləcək”.

 

Sədr əlavə edib ki, ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyul ayı ərzində olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş