Görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı olunur
Qeyri-sabit hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yanvarın 22-də ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı olunur.