Mağazadan 4 880 manat dəyərində ət oğurlanıb

Xəbərlər

23.12.2023 - 12:10

Ruslan Canlarov şübhəli şəxs qismində saxlanılıb

Dekabrın 20-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 4880 manat dəyərində ət oğurlanıb.

Daxili İşlər Nazirliyindən AYNA-ya verilən xəbərə görə, bu barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş