Maduro: “Etirazçıların hərəkətləri rəngli inqilaba bənzəyir”

Dünya

30.07.2024 - 10:37

Həkimlər Klinikalar SEO Xidməti

“Vandalizmlə məşğul olanların çoxu artıq saxlanılıb”

“Venesuelada 28 iyul seçkilərinin nəticələrinə görə baş verən etirazlar bir çox cəhətdən rəngli inqilablara bənzəyir”. AYNA xəbər verir ki, bu sözləri Prezident Nikolas Maduro “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bütün dünyada qrinqoların (Latın Amerikasında amerikalılar üçün alçaldıcı ləqəb) təbliğ etdiyi rəngli inqilabların tipik görüntüsü var”, - deyə dövlət başçısı bildirib.

Maduro həmçinin vurğulayıb ki, etirazçıların təxminən 80 faizinin əvvəllər qanunla bağlı problemləri olub. O əlavə edib ki, vandalizmlə məşğul olanların çoxu artıq saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş