Maduro: “ABŞ Venesuelanın daxili işinə qarışa bilməz”

Dünya

16.08.2024 - 12:09

Həkimlər Klinikalar SEO Xidməti

“Birləşmiş Ştatlar bir çox daxili problemləri ilə məşğul olmalıdır”

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın dünyanın digər ölkələrinin daxili işlərinə müdaxilə siyasətinin qəbuledilməz olduğunu bəyan edib. AYNA xəbər verir ki, siyasətçi bu barədə “Venezolana de Television”a müsahibəsində bildirib.

Maduro deyib ki, o, ABŞ-ın “Venesuelanın və ya dünyanın hər hansı digər ölkəsinin seçkiləırinə qarışa bilməz: “Mən bu cəhdi qəti şəkildə rədd edirəm”.

Onun fikrincə, Birləşmiş Ştatlar bir çox daxili problemləri ilə məşğul olmalıdır.

Maduronun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Venesuela ilə bağlı “Dövlət Departamenti tərəfindən yarım saat ərzində təkzib edilən” bəyanatla çıxış edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş