“Bu, bütün Alyansı Rusiya-Ukrayna münaqişəsinə cəlb etmək riski daşıyır və Budapeşt buna qarşıdır”
“Macarıstan Ukraynanın NATO-ya daxil olmasının əleyhinədir. Çünki bu, bütün Alyansı Rusiya-Ukrayna münaqişəsinə cəlb etmək riski daşıyır və Budapeşt buna qarşıdır”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Ukraynanın NATO-ya üzvlüyü o deməkdir ki, NATO Kollektiv Təhlükəsizlik Nizamnaməsinin 6-cı maddəsinə əsasən elə ertəsi səhər qoşunları Ukrayna ərazisinə göndərməyə borclu olacaq. Biz bunu istəmirik”, - deyə siyasətçi bildirib.