“İlk növbədə Ukraynada hərbi münaqişəyə son qoymaq lazımdır”
Şərq və Qərb dünyanı dönməz nəticələrdən qorumaq üçün sivil dialoq qurmalı və Ukraynadakı münaqişənin həlli yolunu tapmalıdır. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Peter Siyarto Rusiya Prezidenti Vladimir Putinin ölkənin nüvə doktrinasını yeniləmək qərarını şərh edərkən deyib.
Nazir vurğulayıb ki, ilk növbədə Ukraynada hərbi münaqişəyə son qoymaq lazımdır.
“Nə qədər ki, Şərqlə Qərb arasında sivil dialoq yoxdur, nə qədər ki, müharibə davam edəcək, geri dönməz inkişaf riski qalacaq. Sülhün bərqərar olması, Şərqlə Qərb arasında sivil dialoqun bərpası bizi nəticələrdən xilas edə bilər”.