Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyib

Dünya

18.03.2025 - 09:32

Həkimlər Klinikalar SEO Xidməti

Budapeşt Vaşinqtonun təkidi ilə sanksiyaları daha 6 ay müddətinə uzatmağa razılıq verib

ABŞ dövlət katibi Marko Rubio Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə telefonla danışaraq, onu Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının uzadılmasına mane olmamağa inandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə mənbələr “Politico”ya bildiriblər.

Bildirilib ki, Macarıstan Avropa İttifaqının yanvarda Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların uzadılmasına mane olmağa hazır idi, lakin Budapeşt Vaşinqtonun təkidi ilə onları daha 6 ay müddətinə uzatmağa razılıq verib.

Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio Macarıstanın xarici işlər naziri Peter Siyartoya zəng edərək onu sanksiyaların uzadılmasına mane olmamağa çağırıb.

Macarıstan hökuməti dəfələrlə ABŞ Prezidenti Donald Trampın siyasətini dəstəklədiyini bildirib və digər Aİ ölkələrini Ukraynada sülhə nail olmaq istəməməkdə ittiham edərək tənqid edib. “Politico” qeyd edir ki, Vaşinqtonun Budapeştə sanksiyaların uzadılması üçün təzyiq göstərməsi Rusiyaya qarşı sərt kursun tərəfdarı olan Aİ siyasətçiləri üçün xoş sürpriz olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş