Maçado Nobel Sülh Mükafatının təqdimat mərasimində iştirak edə bilməyəcək

Dünya

10.12.2025 - 17:35

Mükafat onun qızına təqdim olunacaq

2025-ci il Nobel Sülh Mükafatı laureatı, Venesueladan olan Mariya Korina Maçado bu gün Norveçdə keçiriləcək mükafatlandırma mərasimində iştirak edə bilməyəcək. AYNA.AZ NRK televiziyasına istinadən xəbər verir ki, bu barədə Nobel İnstitutuna istinadən məlumat yayıb.

"Təəssüf ki, Mariya Korina Maçado hazırda Norveçdə deyil və mərasim başlayanda saat 13:00-da Oslo Şəhər Bələdiyyəsində səhnədə olmayacaq", - institutun rəhbəri Kristian Berq Harpviken bildirib.

O əlavə edib ki, Maçadonun qızı mükafatı öz yerinə qəbul edəcək və laureatın çıxışını da oxuyacaq.

Nobel Sülh Mükafatı laureatları üçün çərşənbə axşamı günortadan sonra mətbuat konfransı planlaşdırılırdı, lakin tədbir ləğv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş