Lukaşenko Ukrayna ilə sərhəddə gərginliyin aradan qalxdığını bildirib

Dünya

13.07.2024 - 23:26

Həkimlər Klinikalar SEO Xidməti

Lukaşenko ukraynalılarla heç bir problemləri olmadığını söyləyib

“Bizim konkret işimizdən sonra ukraynalılar silahlı qüvvələrini və bizim sərhədimizə yerləşdirdikləri əlavə qoşunları sərhəddən çıxardılar və ümumiyyətlə Belarus-Ukrayna sərhəd zonasından geri çəkildilər”.

AYNA APA-ya istinadən xəbər verir ki, bunu Belarusiya prezidenti Aleksandr Lukaşenko mətbuata açıqlaması zamanı deyib.

O həmçinin hazırda ukraynalılarla heç bir problemləri olmadığını və heç vaxt olmayacağına da ümid etdiyini söyləyib.

O, gərginliyin aradan qaldırılmasından və qoşunların Ukrayna tərəfdən çıxarılmasından sonra qoşunların cənub sərhədlərindəki daimi dislokasiya yerlərinə çıxarılması əmrini verib.

Lukaşenko “Heç bir lüzumsuz hadisə olmamalıdır”, - deyərək sözlərini sonlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş