Təbii fəlakət nəticəsində minlərlə insanın itkin düşdüyü bildirilir
Liviyada “Daniel” qasırğası nəticəsində ölənlərin sayı 3 minə çatıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Liviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Hazırda ölkədə təbii fəlakət qurbanlarının sayı 3 min nəfərdir, minlərlə insan isə itkin düşüb”, - Liviyanın Səhiyyə Nazirliyi məlumat verib.