Livandan İsrailə 30-a yaxın raket atılıb

Dünya

12.08.2024 - 12:05

Həkimlər Klinikalar SEO Xidməti

İsrailin şimalında səslənən sirenlərdən sonra Livandan Kəbri bölgəsinə doğru uçan 30-a yaxın raket qeydə alınıb

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, növbətçi hava hücumundan müdafiə qüvvələri Livandan İsrail dövlətinin şimalında yerləşən Kibbutz Kabri ərazisinə atılan 30-a yaxın raketi aşkarlayıb. AYNA xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti “Telegram” kanalında məlumat yayıb.

“Bir müddət əvvəl İsrailin şimalında səslənən sirenlərdən sonra Livandan Kəbri bölgəsinə doğru uçan 30-a yaxın raket qeydə alınıb, bəziləri açıq ərazilərə düşüb. Xəsarət alanlar barədə məlumat verilməyib. İsrail Müdafiə Qüvvələri ehtimal edilən buraxılış məntəqələrinə zərbələr endirib”, - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş