Rusiya səfiri: “Bu faciənin təhrikçisi, təbii ki, eynidir”
“Livan Qəzza zolağındakı kimi, humanitar fəlakətin astanasındadır”. AYNA xəbər verir ki, bu sözləri Rusiyanın Beyrutdakı səfiri Aleksandr Rudakov “Rossiya 24” telekanalının efirində deyib.
“Livan Qəzza zolağının yaşadığı eyni humanitar fəlakətin astanasındadır. Bu faciənin təhrikçisi, təbii ki, eynidir”, - diplomat qeyd edib.
Daha əvvəl Rudakov bildirib ki, Rusiya diplomatik missiyası Rusiya vətəndaşlarını Livanı tərk etməyə çağırır.