“Hazırda Rusiya, Belarus və ya Çin vətəndaşlığını qəbul edənlər ordudan xaric edilməlidirlər”
Litvada ikinci vətəndaşlığı olan vətəndaşların hərbi xidmət keçməsinə icazə verilməyəcəık. AYNA xəbər verir ki, bu barədə BNS agentliyi Litvanın Müdafiə Nazirliyi və Seym (Parlament) Milli Təhlükəsizlik və Müdafiə Komitəsi tərəfindən hazırlanmış qanun layihəsinə istinadən məlumat yayıb.
Ölkənin müdafiə naziri Laurinas Kasciunas əmindir ki, “belə şəxslər hərbi xidmətə qəbul edilməməli, hazırda Rusiya, Belarus və ya Çin vətəndaşlığını qəbul edənlər ordudan xaric edilməlidirlər”.
Qanun layihəsində Rusiya, Belarus və Çinin Litvanın milli təhlükəsizliyini təhdid etdiyi vurğulanıb. Buna görə də sənəddə deyilir ki, bu dövlətlərlə əlaqələr hərbçilər üçün risk faktorudur.
Bundan əvvəl Litva hərbi hökuməti artıq Rusiya, Belarus və Çinə qeyri-iş məqsədi ilə səfərləri qadağan etmişdi.