Litva Prezidenti 20 Yanvar şəhidlərini yad edib

Xəbərlər

20.01.2026 - 13:20

“Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi”

Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar şəhidlərinin xatirəsini yad edib. AYNA.AZ xəbər verir ki, Prezident bu barədə sosial media hesabında paylaşım edib.

“Litva 1990-cı ilin yanvarında sovet təcavüzü zamanı şəhid olmuş günahsız insanların müqəddəs xatirəsini yad edən Azərbaycanın yanındadır. Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin ruhları şad olsun”, - paylaşımda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş