Litva 17 min hərbçinin iştirak etdiyi hərbi təlimlərə başlayıb

Dünya

02.09.2025 - 12:43

Hərbi hissələrlə yanaşı, hərbi komendantlar və yerli özünüidarəetmə orqanları da təlimlərdə iştirak edirlər

Litva 17 min hərbçinin iştirak etdiyi bir sıra hərbi təlimlərə başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Baltikyanı ölkənin ordu komandanlığı məlumat yayıb.

“Biz NATO müttəfiqlərinin qüvvələri ilə koordinasiyada bölmələrin müdafiə planlarını həyata keçirməyə hazırlığını yoxlamaq vəzifəsi ilə üzləşmişik", - “Delfi” portalına Litva Silahlı Qüvvələrinin komandanı Raymundas Vaikşnorasa deyib.

Təlimlərin birbaşa müdafiə planları və onların tərkib hissələrinin hazırlanması ilə bağlı olduğu qeyd edilib.

Hərbi hissələrlə yanaşı, hərbi komendantlar və yerli özünüidarəetmə orqanları da təlimlərdə iştirak edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş