Zaur Qəhrəmanov: “Məhsulların topdan satışı dollar ilə aparılır"
"Bu il “SOCAR Türkey”nin gəlirləri 1 milyard dollar olacaq". AYNA xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov Azərbaycanın mətbuat nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, lirənin məzənnəsi “SOCAR Türkey” üçün risk daşımır: “Məhsulların topdan satışı dollar ilə aparılır. 90 faiz əməliyyatlarda dollardan istifadə olunduğu üçün bizə görə risklər qlobal müstəvidə olan risklərdir”.