Lerikdə zəlzələ olub

Xəbərlər

26.07.2024 - 08:15

cedabet dərman SEO Xidməti

Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib

Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ olub. Bu barədə AYNA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 05:20-də Yardımlı stansiyasından 24 km şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş