Lerikdə meşə sahəsində yanğın olub

Hadisə

09.01.2024 - 23:31

Həkimlər Klinikalar SEO Xidməti

Əl əməyindən istifadə edilməklə yanğın söndürülüb

Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 ha və Hirkan Milli Parkının ərazisində 0,2 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər. Ətraf ərazilər yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş