Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Xəbərlər

30.01.2025 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

Saat 14:00-dək Digah, Şiləvar kəndlərində və Kürə adlanan ərazidə elektrik verilişində məhdudiyyət yaranacaq

Lənkəranda təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq”dan AYNA-ya verilən məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 30-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 14:00-dək rayonun Digah, Şiləvar kəndlərində və Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş