Lənkəranda evdə yanğın olub

Xəbərlər

03.03.2024 - 11:58

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Lənkəran şəhərinin Gərmətük qəsəbəsində ümumi sahəsi 170 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNAA-ya verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az