Lənkəranda ana doğuşdan sonra ölüb

Hadisə

03.05.2021 - 22:49

Körpənin həyatını xilas etmək mümkün olub

 

Lənkəranda ana ölümü baş verib. AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, Lerik sakini, 2001-ci il təvəllüdlü Rəqsanə Səmid qızı Xangəldiyeva doğuşdan sonra ölüb. 

 

Mərhum qadın övladını dünyaya gətirdikdən sonra həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Körpənin həyatını isə xilas etmək mümkün olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az