Lənkəranda ağır qəza

Hadisə

10.01.2024 - 13:41

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində sürücü ölüb

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA “Aərtac”a istinadən xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaclara və elektrik dirəklərinə çırpılıb.

Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş