“Rusiya Ermənistan iqtisadiyyatının əsas ticarət tərəfdaşı, sərmayədarı və respublikanın enerji və ərzaq təhlükəsizliyinin etibarlı təminatçısıdır”
“Rusiya Ermənistan iqtisadiyyatının əsas ticarət tərəfdaşı, sərmayədarı və respublikanın enerji və ərzaq təhlükəsizliyinin etibarlı təminatçısıdır və bu sazişlər tam olaraq qüvvədə qalır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Rusiya Federasiyası və Ermənistanın dövlət, hökumət strukturları və biznesləri üçün vektor təyin edən hökumətlərarası komissiyanın ritmik işinin yüksək qiymətləndirilməsi ilə razıyam. Keçən ilin nəticələri heyranedicidir. Biz bunlara əsaslanaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində irəliləməliyik. Avrasiya İqtisadi İttifaqı qlobal bazarda baş verən təlatümlü hadisələr fonunda sabitlik və effektivlik nümayiş etdirərək getdikcə daha səmərəli və özünü təmin edir. MDB platformasında əməkdaşlığın artırılması da aktual görünür”, - Lavrov vurğulayıb