Lavrov: “Ukraynanı NATO-ya çəkmək xətti münaqişənin tətikçisi oldu”

Dünya

28.05.2025 - 15:13

cedabet dərman SEO Xidməti

“NATO-nun Şərqə doğru genişlənməsi Avropada dərin təhlükəsizlik böhranının səbəbidir”

“Ukraynanı NATO-ya çəkmək xətti münaqişənin tətikçisi oldu”. AYNA.AZ “Lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 13-cü beynəlxalq tədbirinin plenar iclasında deyib.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri həmçinin NATO-nun Şərqə doğru genişlənməsini “Avropada dərin təhlükəsizlik böhranının səbəbi adlandırıb: “Tarixi təcrübə göstərir ki, NATO gəlsə, bəla gələcək”.

Apreldə Lavrov demişdi ki, Ukrayna münaqişəsi Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi ilə həll edilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş