Lavrov: “Sabitlik naminə Qəzzada münaqişəni həll etmək lazımdır”

Dünya

09.09.2024 - 16:49

Həkimlər Klinikalar SEO Xidməti

“Fələstin-İsrail münaqişəsinə son qoyulmadan Yaxın Şərqdə sabitliyə nail olmaq mümkün deyil”

“Fələstin-İsrail münaqişəsinə son qoyulmadan Yaxın Şərqdə sabitliyə nail olmaq mümkün deyil”. AYNA rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının Strateji Dialoq iclasında deyib.

Lavrov münaqişənin BMT qətnamələrinə uyğun olaraq Fələstin dövlətinin yaradılması yolu ilə həll oluna biləcəyini vurğulayıb.

Bundan əvvəl Lavrov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud Ər-Riyadda görüşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş