Lavrov: “Rusiya “3+3” formatının bərpasını gözləyir”

Aktual

08.09.2025 - 18:41

“Rusiyanın Cənubi Qafqazda əsas prioritetləri sülh və əməkdaşlıqdır”

“Rusiyanın Cənubi Qafqazda əsas prioritetləri sülh və əməkdaşlıqdır. Bu prioritetlər heç vaxt dəyişməyib”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələri və professor-müəllim heyəti qarşısında çıxışı zamanı deyib.

Nazir bəyan edib ki, Rusiya tərəfi Cənubi Qafqaz ölkələri ilə onların üç qonşusu arasında “3+3” formatında qarşılıqlı fəaliyyətin tezliklə bərpasına ümid edir: "Biz ümid edirik ki, Türkiyə və Azərbaycanın o zaman irəli sürdüyü təşəbbüs, yəni "3+3" platformasının yaradılması təşəbbüsü çərçivəsində işlər bərpa olunacaq. Cənubi Qafqazın üç ölkəsi - Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç böyük qonşusu - İran, Türkiyə, Rusiya əməkdaşlıq edəcək. İndi hesab edirik ki, bu formatı bərpa etməyin vaxtı çoxdan çatıb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş