“Rusiyanı strateji məğlubiyyətə uğratmaq məqsədi ilə tammiqyaslı hibrid təcavüzə başlanılıb”
“Vaşinqtonun başçılıq etdiyi kollektiv Qərb Rusiyanı sistemli şəkildə cilovlamaq üçün səylərini ikiqat artırıb”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir Xaricdə Yaşayan Həmvətənlərin VIII Ümumdünya Konqresinin açılışında bildirib ki, keçən üç il ərzində beynəlxalq aləmdə vəziyyət heç də yaxşılaşmayıb.
“ABŞ başda olmaqla kollektiv Qərb Rusiyanı sistematik şəkildə cilovlamaq səylərini sözün əsl mənasında ikiqat artırdı və necə deyərlər, strateji məğlubiyyətə uğratmaq məqsədi ilə ölkəmizə qarşı tammiqyaslı hibrid təcavüzə başladı”, - Lavrov qeyd edib.