Lavrov İranla imzalanacaq tərəfdaşlıq sazişinin detallarını açıqlayıb

Dünya

31.10.2024 - 17:19

Həkimlər Klinikalar SEO Xidməti

“Sazişi regional və qlobal səviyyədə müdafiə və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığı nəzərdə tutur”

“Rusiya və İran arasında yaxın vaxtlarda imzalanacaq Hərtərəfli Tərəfdaşlıq Sazişi regional və qlobal səviyyədə müdafiə və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığı nəzərdə tutur”. AYNA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Avrasiya təhlükəsizliyi üzrə Minsk Beynəlxalq Konfransında çıxış edən Lavrov Rusiya və İran arasında yeni sazişin ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün ciddi amilə çevriləcəyi fikrini bildirib.

“Orada tərəflərin regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə müdafiə və qarşılıqlı fəaliyyət sahəsində daha sıx əməkdaşlıq etmək istəyi təsdiqlənəcək", - rusiyalı nazir qeyd edib.

Sentyabrın ortalarında Rusiya Prezidenti Vladimir Putin İranla Hərtərəfli Tərəfdaşlıq Sazişi layihəsini təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş