Lavrov Hakan Fidanla görüşüb: Cənubi Qafqaz müzakirə edilib

Xəbərlər

11.06.2024 - 16:05

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş olub. AYNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş BRICS ölkələri xarici siyasət idarələri başçılarının iclası çərçivəsində baş tutub.

“Tərəflər Cənubi Qafqazda, Yaxın Şərqdə, həmçinin bəzi beynəlxalq platformalarda vəziyyəti müzakirə ediblər. Nazirlər həmçinin ikitərəfli siyasi dialoq məsələləri və iqtisadi-ticari əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az