Lavrov: “Dnestryanıdakı 200 min rusun taleyindən narahatıq”

Dünya

14.02.2024 - 17:44

cedabet dərman SEO Xidməti

“Biz Dnestryanıdakı 200 min rusiyalının macəra qurbanına çevrilməsinə imkan verməyəcəyik”

“Rusiya Dnestryanı bölgədəki 200 min rusiyalının regionda sabitliyi pozmaq üçün daha ​​bir Qərb macərasının qurbanı olmasına imkan verməyəcək”. AYNA xəbər verir ki, bu sözləri Dövlət Dumasında “hökumət saatı”nda Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, Rusiya Dnestryanıdakı 200 min vətəndaşın taleyindən narahatdır.

“Əlbəttə ki, biz onların taleyindən narahatıq və onların növbəti Qərb avantürasının qurbanına çevrilməsinə imkan verməyəcəyik", - deyə Lavrov vurğulayıb.

XİN başçısı bildirib ki, Qərb ölkələri Dnestryanı nizamlama qrupunu “5+2” formatında çağırmaq istəmir və bu problemi Moskvanın iştirakı olmadan həll etməyə çalışırlar: “Biz bu tendensiyanın qarşısını almaq və siyasi prosesi bərpa etmək üçün hər şeyi edəcəyik”.

Bundan əvvəl separatçı Dnestryanı Moldova Respublikasının rəhbəri Vadim Krasnoselski Moldova hakimiyyətinin danışıqlardan təzyiq metodlarına keçdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş