Latviya Ukraynaya verilməsi üçün 500-ə yaxın dron hazırlayıb

Dünya

13.08.2024 - 22:49

Həkimlər Klinikalar SEO Xidməti

Andris Spruds: "Növbəti PUA paketi hazırdır!"

Latviya Ukraynaya 500-ə yaxın pilotsuz uçuş aparatı verəcək. Onlar artıq göndərilməyə hazır vəziyyətdədir.

AYNA “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds sosial şəbəkələrdə məlumat verib.

“Növbəti PUA paketi hazırdır! 500-ə yaxın Latviya istehsalı olan dron müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməkdə ukraynalılara dəstək olacaq”, - o yazıb.

Ukrayna bu cür yardımı dron koalisiyası çərçivəsində alacaq. Bu təşəbbüsə Böyük Britaniya və Latviya rəhbərlik edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş