Latviya Ukraynaya göndəriləcək PUA-ların ən böyük partiyasını hazırlayıb

Dünya

23.08.2024 - 14:28

Həkimlər Klinikalar SEO Xidməti

“Latviya istehsalçılarından dronların ən böyük partiyası Ukraynaya göndərilmək üçün hazırlanıb”

Latviya Ukraynaya göndəriləcək 1,4 min pilotsuz uçuş aparatının (PUA) ən böyük partiyasını hazırlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Andris Spruds məlumat verib.

LSM dövlət televiziya və radio portalı nazirin sözlərindən sitat gətirib: “Latviya istehsalçılarından dronların ən böyük partiyası Ukraynaya göndərilmək üçün hazırlanıb – 1400 PUA”.

Spruds əlavə edib ki, “Latviya Müdafiə Nazirliyinin latviyalı istehsalçılardan Kiyev üçün elan etdiyi 2,7 min pilotsuz təyyarənin alınması prosesi başa çatıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş