Latviya Ukraynaya 500 PUA təhvil verəcək

Dünya

14.08.2024 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Latviya istehsalı olan bu PUA-ların müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməkdə ukraynalılara dəstək olacağına əminəm”

Latviya Ukraynaya 500 pilotsuz uçuş aparatdan (PUA) ibarət yardım paketi hazırlayıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Andris Spruds “X” sosial şəbəkəsində yazıb.

Nazir Latviya istehsalı olan bu PUA-ların “müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməkdə ukraynalılara dəstək olacağına” əmin olduğunu bildirib.

Bundan əvvəl “Pietek” Ukrayna Silahlı Qüvvələrinin (AFU) zabitlərinin Latviya tərəfindən tədarük edilən dronlardan narazı qaldığı yazmışdı.

“Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələri daim Latviya istehsalı olan dronları qəbul etməkdən imtina edir və onları bir daha göndərməməyi xahiş edirlər. Niyəsini də bilirsiniz - onlar xarici dronlarla müqayisədə rəqabətədavamlı deyillər”, - nəşr yazıb.

Nəşr izah edib ki, orta keyfiyyətinə baxmayaraq, yerli istehsalçıların dronları digər ölkələrdə yaradılan dronlarla müqayisədə qeyri-mütənasib qiymətədir. Bununla əlaqədar olaraq, Ukrayna əsgərləri “cəbhə xəttində yararsız” olan Latviya avadanlığı əvəzinə başqa ölkələrdən uyğun PUA-lar almağı xahiş edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş