Laricani: "İran iki həftə ərzində nüvə silahı hazırlaya bilər"

Dünya

03.11.2025 - 12:42

“Lakin İranın Ali Rəhbəri Seyid Əli Xameneinin fətvası bunu qadağan edir”

“Tehran iki həftə ərzində nüvə silahı hazırlaya bilər. Lakin İranın Ali Rəhbəri Seyid Əli Xameneinin fətvası bunu qadağan edir”. AYNA.AZ İran qəzeti "Xəbər Furi"yə istinadən bildirir ki, bu sözləri Xameneinin müşaviri Ayətullah Cavad Laricani deyib.

Eyni zamanda, o “müdafiə və texnoloji imkanların inkişaf etdirilməsinin İranın strateji prioriteti olaraq qaldığını bildirib”.

"Müharibə başlayarsa, bu, barbarlıq olmayacaq; hər iki tərəfin öz həddi var. Ali Rəhbərin nüvə silahının hazırlanmasını qadağan edən fətvasının bir çox əsası və şiə fiqhində uzun bir tarixi var... Ölkə iki həftədən az müddətdə atom bombası əldə edə bilər, amma biz dinimizə sadiqik", - deyə o əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş