Daha 17 avtomobilin sərbəst hərəkəti təmin edilib
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AYNA xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir təminat və üç minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların 10 təminat və üç minik avtomobili də Xankəndiyə gedib.