“La Repubblica”: Şolts Ukrayna ilə bağlı sülh planını hazırlayır

Dünya

09.09.2024 - 16:15

Həkimlər Klinikalar SEO Xidməti

Almaniya kanslerinin planında Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsi istisna olunmur

Almaniya kansleri Olaf Şolts Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini istisna etməyən bir növ yeni Minsk razılaşması olan Ukraynada sülh nizamlanması üçün öz planını hazırlayır. AYNA xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti Almaniyanın hökumətinə və Sosial Demokrat Partiyasına yaxın mənbəsinə istinadən yazıb.

Qeyd edilib ki, Almaniya kansleri regional və Avropa seçkilərindəki uğursuzluqlardan sonra öz mövqelərini möhkəmləndirmək üçün “Ukrayna kartı ilə oynamaq” istəyir.

Nəşr əlavə edir ki, müxalif Xristian Demokrat İttifaqı da onu münaqişəyə son qoymağın yollarını tapmağa çağırır.

Bir gün əvvəl televiziyaya verdiyi müsahibədə Şolts bildirib ki, Ukraynadakı münaqişədə sülhə necə nail olmağı müzakirə etmək vaxtı çatıb. Onun fikrincə, Rusiyanın məcburi iştirakı ilə Ukrayna böhranının həlli üçün yeni sammitin keçirilməsi zəruridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş