La Liqa matçlarında azarkeşlərin səsindən istifadə olunacaq

İdman

27.05.2020 - 05:25

Azarkeşlərin əvvəlki görüşlərdən səs-küyü və qışqırıqlarından istifadə ediləcək

 

İspaniya La Liqası matçlarının yayımı zamanı azarkeş səslərindən istifadə ediləcək.

 

AYNA Apasport.az-a istinadən xəbər verir ki, bu barədə "Mediapro" şirkətinin rəhbəri Xaume Roures məlumat verib.

 

O bildirib ki, La Liqa rəhbərliyi ilə oyunların yayım hüququna malik şirkət arasındakı razılığa əsasən, ekran qarşısında əyləşən tamaşaçıların matçın boş tribunalar önündə keçirildiyini hiss etməmələri üçün azarkeşlərin əvvəlki görüşlərdən səs-küyü və qışqırıqlarından istifadə ediləcək: "Cari mövsümün əvvəlki oyunlardakı azarkeşlərin səslərindən yararlanacaq, boşluğu doldurmağa çalışacağıq".

 

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən iki aydan çoxdur dayandırılan İspaniya La Liqasının iyunun ortalarında bərpası planlaşdırılır.

Müəllif: Ayna.az