Küveyt hərbçiləri səmada bir neçə qırıcı təyyarə görəndə onları düşmən təyyarələri ilə səhv salıblar
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç F-15 qırıcı təyyarəsi 1 martda Küveytin F/A-18 təyyarəsinin ekipajı tərəfindən səhvən atılan raketlərlə vurulub. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, hadisədən qısa müddət əvvəl bir neçə İran pilotsuz təyyarəsi Küveyt hava məkanına daxil olub. Küveyt hərbçiləri səmada bir neçə qırıcı təyyarə görəndə onları düşmən təyyarələri ilə səhv salıblar.
Martın 2-də ABŞ Mərkəzi Komandanlığı Küveytin hava hücumundan müdafiə sistemlərinin səhvən üç Amerika qırıcı təyyarəsini vurduğunu bildirib. Təyyarə atəş açma nəticəsində qəzaya uğrayıb və altı ekipaj üzvünün hamısı katapult edib.