Küveytdə İrana məxsus gəmi batıb

Dünya

03.09.2024 - 23:52

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində heyət üzvləri həlak olub

Küveytin ərazi sularında İrana məxsus yük gəmisinin batması nəticəsində 6 nəfər heyət üzvü həlak olub.

AYNA-nın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilib ki, sentyabrın 1-də gəminin kapitanı sahil mühafizəsi ilə əlaqə saxlayaraq əlverişsiz hava şəraiti səbəbindən gəminin batmaq təhlükəsi ilə üzləşdiyini bildirib.

Aparılan axtarışlar zamanı hadisənin baş verdiyi ərazidən üç nəfərin meyiti çıxarılıb.

Qeyd edək ki, ölənlərdən üçü İran, digərləri isə Hindistan vətəndaşlarıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş