Bankə məntəqəsində isə suyun səviyyəsi 10 santimetr artaraq 107 santimetr təşkil edib
İyulun 12-də Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad məntəqəsində suyun səviyyəsində 3, Zəyəmçayın Ağbaşlar məntəqəsində 2 santimetr azalma qeydə alınıb. Kürəkçayın Çaykənd, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor, Viləşçayın Şıxlar, Təngərüdçayın Vaqo məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 178 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 86 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 105 faiz çoxdur. Məntəqədə orta su sərfi iyulun 11-də 198 kubmetr/saniyə, maksimal su sərfi iyulun 11-i 08:00-da saniyədə 200 kubmetr təşkil edib.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 7 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 80 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 71 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 16 faiz çoxdur. Məntəqədə orta su sərfi iyulun 11-də saniyədə 86 kubmetr, maksimal su sərfi iyulun 11-i 08:00-da 87 kubmetr/saniyə təşkil edib.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 350 santimetr, su sərfi isə 111 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyulun 11-də 112 kubmetr/saniyə, maksimal su sərfi iyulun 11-i saat 20:00-da 112 kubmetr/saniyə təşkil edib.
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 139, məntəqədə orta səviyyə iyulun 11-də 142, maksimal səviyyə iyulun 11-i 08:00-da 143 santimetr təşkil edib.
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 10 santimetr artaraq 107 santimetr, su sərfi saniyədə 37,3 kubmetr olub. Məntəqədə orta su sərfi iyulun 11-də 29,7 kubmetr/saniyə, maksimal su sərfi iyulun 11-i saat 20:00-da 31,6 kubmetr/saniyə təşkil edib.