Hadisə Sor-Sor kəndi ərazisində baş verib
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.
Nəticədə “Mercedes” markalı avtomobildə olan dörd sərnişin ölüb, üç sərnişin isə ağır bədən xəsarətləri alıb.
Həmçinin bildirilir ki, “Nissan” avtomobilində olan dörd sərnişin də ağır yaralanıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.