Kürdə batan şəxsin meyiti tapılıb

Xəbərlər

16.10.2025 - 14:20

Sabirabadda 13 gün əvvəl batan şəxsin meyiti sudan çıxarılıb

Sabirabadda 13 gün əvvəl Kür çayında batan şəxsin meyiti sudan çıxarılıb.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, oktyabrın 3-də Cavad kəndi ərazisində Kür çayında boğulan Sabirabad rayonunun Türkədi kənd sakini, 1989-cu il təvəllüdlü (36 yaş) Məmmədov Laiq Telman oğlunun meyiti batdığı yerdən 5 km aralıda aşkar edilərək sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş