Kürdə batan 13 yaşlı qızın meyiti tapılıb

Xəbərlər

02.01.2025 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

Meyit Aran Dalğıc axtarış qrupu tərəfindən sudan tapılaraq çıxardılıb

Bir neçə gün əvvəl Kür çayında batdığı ehtimal edilən Zərdabın Əlvənd kənd sakini 13 yaşlı qızın meyiti tapılıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən sudan tapılaraq çıxardılıb.

Xatırladaq ki, dekabrın 24-də Kür çayının Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində 8-ci sinif şagirdinin batması ehtimal edilirdi.

Azyaşlının atasının sözlərinə görə, səhər saatlarında qızı məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə getməyib. Sonradan onun çantasının Kür çayının kənarından aşkar edilməsi, onun çayda batması ehtimalını artırıb.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş