Axtarışlara xilasedicilər cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində, 1976-cı il təvəllüdlü Abbasov Ziyad İsfəndiyar oğlunun batması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.