Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Xəbərlər

17.12.2024 - 21:52

Həkimlər Klinikalar SEO Xidməti

Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Milli Hidrometeorologiya Xidməti dekabrın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən AYNA-ya verilən məlumata görə, Laçın, Neftçala, Oğuz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Xızı, Şəki, Zaqatala, Qobustan, Göyçay, Zəngilan, Lerik, Yardımlı, Cəlilabad, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Zərdab, Mingəçevir, Goranboy, Naftalan, Göygöl, Gəncə, Samux, Şabran, Xaçmaz, Qax, Ağsu, Balakən, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, Siyəzən, Biləsuvar, Quba, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazaxda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcərdə isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyinin əsəcəyi və küləyin sürətinin saniyədə 20.8-28.4 metr olacağı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş