Küləklə bağlı sarı XƏBƏRDARLIQ

Xəbərlər

12.02.2026 - 20:46

Bakıda və bölgələrdə külək güclənəcək

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Neftçala, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş