Peskov: Rusiya ordusu haqqında böhtan yayanlara qarşı sərt tədbirlər görülməlidir”
“Bu gün Rusiya ordusu haqqında böhtan yayanlara qarşı sərt tədbirlər görülməlidir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib
“Bəli, indi çox sərt hərbi dövrdür və bu, hakimiyyətdən sərt tədbirlər tələb edir”, - deyə Peskov vurğulayıb.
Kreml rəsmisi ordu haqqında tənqidi fikirlər səsləndirənlərə belə xəbərdarlıq edib: “Danışmazdan əvvəl on dəfə düşünməyi tövsiyə edirəm”.
Qeyd edək ki, bundan əvvəl Sankt-Peterburqun Vasileostrovski Rayon Məhkəməsi Rusiya ordusu haqqında böhtan yaymaqda ittiham olunan rəssam Aleksandra Skoçilenkonu 7 il müddətinə azadlıqdan məhrum edib.